ELM VƏ TƏHSİL


DİM: Rezidenturaya qəbul imtahanı verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 20-də keçiriləcək rezidenturaya qəbul imtahanının I mərhələsində (I cəhd) iştirak edəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan iştirakçıları DİM-in saytında yerləşdirilmiş müvafiq linkə daxil olub imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Namizədlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də ayrıca vərəqdə çap edirlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.