ELM VƏ TƏHSİL


DİM: Riyaziyyat və kimya fənləri üzrə müzakirələr aparılıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Dövlət İmtahan Mərkəzində (DİM) riyaziyyat və kimya fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, riyaziyyat fənninə dair iclasda ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları üçün proqram və imtahan modeli müzakirə edilib.

Müzakirədən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 5-9-cu sinif “Riyaziyyat” dərsliklərinə baxılıb. Həmin dərsliklər əvvəlki illərin nəşrləri ilə müqayisə edilərək fərqlər müəyyənləşdirilib. Proqramda bununla bağlı müvafiq təkmilləşdirmələr aparılıb.

Daha sonra imtahan modelinin strukturu və məzmunu müzakirə edilib. İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

Kimya fənni üzrə işçi qrupunun iclasında isə qüvvədə olan 9-cu sinif dərsliyi əvvəlki ilin nəşri ilə müqayisə edilərək fərqlər müəyyən olunub. Proqramda bununla bağlı müvafiq təkmilləşdirmələr aparılıb.

Oktyabrın 27-də və 30-da kimya və riyaziyyat fənləri üzrə müzakirələr davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.