ELM VƏ TƏHSİL


DİM: Sabahdan imtahan protokolları və materiallarının emalına başlanılacaq

Bakı, 28 iyul, AZƏRTAC

İyulun 28-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qruplarə üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, iyulun 29-dan etibarən Mərkəzdə imtahan protokolları və materiallarının emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.