ELM VƏ TƏHSİL
DİM: Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatlarını ala bilərlər
Bakı, 21 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə fevralın 19-da keçirilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, test imtahanında uğur qazanmış namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməklə sertifikatlarını ala bilərlər. Bunun üçün onlar DİM-in Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasına və ya Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrinə müraciət etməlidirlər.