ELM VƏ TƏHSİL


DİM: “Young Learners” imtahanlarına qeydiyyat sabah yekunlaşır

Bakı, 16 may, AZƏRTAC

“Young Learners” (azyaşlı öyrənənlər) imtahanlarına qeydiyyat mayın 17-də yekunlaşır.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu kvalifikasiyalar xüsusi olaraq azyaşlılar (6-12 yaş) üçün onları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə hazırlanıb. Hər bir uşaq imtahan verdikdən sonra “Cambridge University Press and Assessment” qurumu tərəfindən dünya miqyasında tanınan sertifikat (PreA1 Starters, A1 Movers, A2 Flyers) ilə təmin edilir.

İmtahan iyunun 30-da və iyulun 2-də keçiriləcək.

Xatırladaq ki, DİM “Cambridge Assessment English” rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Assessment (Kembric ingilis dili üzrə qiymətləndirmə), Cambridge English Teaching (Kembric ingilis dili üzrə tədris) və LinguaSkill imtahanlarını təklif edir. İmtahanlar barədə ətraflı məlumatı DİM-in saytından və ya [email protected] ünvanına yazmaqla əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.