ELM VƏ TƏHSİL


DİM: Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə təlimlər davam etdirilir

Bakı, 10 may, AZƏRTAC

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə Dövlət İmtahan Mərkəzinin (DİM) Xaçmaz regional bölməsində namizədlərlə təlim keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, seminarlardan biri DİM-in əməkdaşı Elmir Məmişov tərəfindən 16 nəfərlik qrupla aparılıb. Namizədlərə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarəedilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilib, tapşırıqlar qoyulub və fikir mübadiləsi aparılıb.

DİM-in əməkdaşı Məhəmməd Adıgözəlov tərəfindən keçirilən təlimdə namizədlərlə imtahanın psixoloji nüansları, stress, onun idarə olunması və s. psixoloji mövzularda söhbət aparılıb, müxtəlif psixodramalar tapşırıq şəklində yerinə yetirilib. Günün sonunda sertifikat almaq istəyən namizədlər yekun imtahan mərhələsinə cəlb olunublar.

Sertifikat almış nəzarətçilər mütəmadi olaraq DİM tərəfindən keçirilən imtahanlarda zal nəzarətçisi kimi iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.