ELM VƏ TƏHSİL


DİM-də Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, iclaslarda gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsi olub. Kitabçalar dərsliklərlə müqayisəli təhlil edilib.

İclaslarda DİM-lə ekspert kimi əməkdaşlıq etmək istəyənlər üçün elektron qeydiyyatdan keçmiş şəxslər iştirak ediblər. Onların hər biri meyarlar əsasında dərsliklərin elmi metodik monitorinqi ilə bağlı hazırladıqları nəticələri təqdim edib. Növbəti mərhələ üçün onlara mətnlərin seçilməsi, mətn əsasında tapşırıqların hazırlanması tapşırılıb.

Təqdimatlarla bağlı DİM-in təcrübəli ekspertləri fikir bildirib və təkliflər söyləyiblər. Qeyd edilmiş fikirlər dərsliklərin monitorinqində, eyni zamanda “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsində nəzərə alınıb.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.