ELM VƏ TƏHSİL


DİM-də “GRE: General Test” imtahanı keçiriləcək

Bakı, 21 aprel, AZƏRTAC

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service - ETS) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı aprelin 23-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan verəcək şəxslər saat 08:00-dan gec olmayaraq aşağıda qeyd olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə.

İmtahan iştirakçısı sağlamlıq haqqında bəyannaməni çap edib imzalamalı və özü ilə gətirməlidir. İmtahan saat 9:00-da başlayır.

COVID-19 virusu ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.