ELM VƏ TƏHSİL


DİM-də beynəlxalq imtahanlar keçirilib

Bakı, 13 noyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) bu həftə Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan və audit və informasiya texnologiyaları sahələrinə aid olan aşağıda qeyd edilən beynəlxalq imtahanlar keçirilib:

-“Institute of Internal Auditors” təşkilatının “CIA Exam Part One: Essentials of Internal Auditing” (IIA-CIA-Part1) sertifikat imtahanı;

-“Oracle” təşkilatının “Oracle Database SQL” (1Z0-071) sertifikat imtahanı;

-“Microsoft” şirkətinin “Microsoft Azure Administrator” (AZ-104) sertifikat imtahanı.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, hər imtahanda 1 nəfər olmaqla, ümumilikdə 3 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmini məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

DİM-də keçirilən müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə Mərkəzin saytında tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.