ELM VƏ TƏHSİL


DİM-də beynəlxalq rus dili imtahanı təşkil edilib

Bakı, 11 avqust, AZƏRTAC

Avqustun 11-də Dövlət İmtahan Mərkəzində ТРKİ (test po russkomu yazıku kak inostrannomu) imtahanı keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bir namizəd Xarici dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR) səviyyələri əsasında hazırlanmış ТРKİ imtahanın ən yuxarı səviyyəsi – C2 üzrə imtahan verib.

Dördüncü sertifikat səviyyəsini (ТРКИ-IV / C2) seçmiş namizəd üçün imtahan kompüter vasitəsilə keçirilib. İmtahan nəticələri 7 iş günündən sonra elektron poçt vasitəsilə namizədə göndəriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТPKİ - beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi DİM-dir.

Ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.