ELM VƏ TƏHSİL


DİM-də fizika və rus dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib

Bakı, 5 oktyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) fizika, rus dili (tədris dili) və rus dili (əsas xarici dil) fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində 2022-2023-cü tədris ili üçün istifadəyə verilmiş, təkmilləşdirilmiş 7 və 10-cu sinif dərsliklərinin təhlili olub.

2023-cü ildə 9 illik (ümumi orta) və 11 illik (tam orta) təhsil bazasından buraxılış, həmçinin ixtisas qrupları üzrə qəbul imtahanlarında dərsliklərdəki yeniliklər nəzərə alınmayacaq. Çünki imtahan verəcək şagird və abituriyentlər tədris prosesində bu dərsliklərin əvvəlki illərdə çap olunmuş nəşrlərindən istifadə ediblər.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.