ELM VƏ TƏHSİL
DİM-də ingilis dili fənni üzrə hazırlıq kursunun növbəti məşğələsi keçirilib
Bakı, 24 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili fənni üzrə buraxılış imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ilk mərhələsinin beşinci məşğələsi keçirilib.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, hazırlıq kursu DİM-in əsas inzibati binasında əyani, regiondan olan iştirakçılar üçün isə onlayn keçirilib. Kursda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və magistrantlar iştirak ediblər.
Məşğələnin moderatoru Nərminə Əliyeva buraxılış imtahanlarında cavabı yazı ilə ifadə olunan tapşırıqların meyarlarının hazırlanması və yoxlanılması barədə təqdimat edib. Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Beləliklə, hazırlıq kursunun birinci mərhələsi başa çatıb. Növbəti mərhələdə kurs iştirakçıları tərəfindən hazırlanan yazı işlərinin müzakirəsinə başlanılacaq.