ELM VƏ TƏHSİL


DİM-də kimya fənni üzrə hazırlıq kursunun növbəti məşğələsi keçirilib

Bakı, 11 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ilk mərhələsinin ikinci məşğələsi keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, hazırlıq kursu DİM-in əsas inzibati binasında əyani formada, regiondan olan iştirakçılar üçün isə onlayn qaydada təşkil edilib.

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrantları iştirak ediblər.

Məşğələyə moderatorluq edən Elşad Abdullayev ölkənin təhsil sistemində tətbiq edilən milli və beynəlxalq qiymətləndirmə formaları barədə təqdimatla çıxış edib. O, milli və beynəlxalq qiymətləndirmədə, həmçinin qəbul imtahanında istifadə edilən tapşırıq növləri haqqında da məlumat verib.

Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kursunun üçüncü məşğələsi növbəti həftə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.