ELM VƏ TƏHSİL


DİM-də növbəti “GRE: General Test” imtahanı keçirilib

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında növbəti “GRE: General Test” imtahanı keçirilib. Koronavirusla əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarəti yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 1 nəfər iştirak edib. İmtahanın nəticəsini ETS-in saytında 10-15 gün sonra onlayn öyrənmək olar.

Növbəti “GRE:General Test” imtahanının iyun 4-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytında müvafiq linkdən əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.