ELM VƏ TƏHSİL


DİM doktorantura və dissertantura səviyyəsində xarici dil imtahanlarını uğurla vermiş iddiaçılara müraciət edib

Bakı, 19 avqust, AZƏRTAC

İyunun 12-də və iyulun 7-də doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə fəlsəfə doktoru, iyunun 13-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarını uğurla vermiş iddiaçılar imtahanlarının nəticələrini özündə əks etdirən, imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan, Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada şəhadətnamələri Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanındakı Dövlət İmtahan Mərkəzinin (DİM) inzibati binasına yaxınlaşmaqla götürə bilərlər.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.