ELM VƏ TƏHSİL


DİM: e-psixoloq.az internet portalı üzərindən psixoloji konsultasiyalar artıq aktivdir

Bakı, 13 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) nəzdində fəaliyyət göstərən e-psixoloq.az internet portalı üzərindən psixoloji konsultasiyalar artıq aktivdir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, psixoloji konsultasiyaya ehtiyacı olan hər kəs sayt üzərindən qeydiyyatdan keçərək psixoloq qəbuluna yazıla bilər.

Burada psixoloqlar tərəfindən aşağıdakı istiqamətlərdə konsultasiyalar təklif olunur:

-İmtahan iştirakçıları və onların yaxınları üçün imtahan öncəsi dəstək;

-İmtahan iştirakçıları və onların yaxınları üçün imtahan sonrası dəstək;

-Abituriyentlər üçün peşə seçimi;

-Uşaq-valideyn münasibətləri;

-Məktəbəqədər yaşlılar, uşaqlar və yeniyetmələr üçün psixoloji konsultasiyalar.

DİM nəzərə çatdırır ki, həftəiçi beş gün (bazar ertəsi – cümə) saat 09:00-dan 17:00-dək e-psixoloq.az saytının canlı söhbət pəncərəsinə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.