ELM VƏ TƏHSİL


DİM: fənlər üzrə tapşırıq nümunələri “Abituriyent” 1 jurnalında yer alıb

Bakı, 5 avqust, AZƏRTAC

2020-ci ilin fevral ayında nəşr olunun “Abituriyent” jurnalında qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə tapşırıq nümunələri də dərc olunub.

İmtahana hazırlaşan abituriyentlər öyrəndiklərini yoxlaya bilmələri üçün jurnalın 68-112-ci səhifələrində verilmiş tapşırıq nümunələri ilə tanış ola bilərlər.

Qəbul imtahanı modelinə əsasən hər fənn üzrə 30 tapşırıq verilir. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Jurnalın 113-121-ci səhifələrində tapşırıq nümunələrinin düzgün cavabları və qiymətləndirmə meyarları da verilib.

Azərbaycan və rus dillərində olan jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.