ELM VƏ TƏHSİL
DİM gürcü dilində mütəxəssislərin işə qəbulunu elan edir
Bakı, 20 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) fənlər üzrə gürcü dilində yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin işə qəbulunu elan edir.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, maraqlanan şəxslər CV formasını 2019-cu il mart ayının 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyalar sırasında
gürcü dilində test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, gürcü dilində tərtib olunmuş test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizası, test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının gürcü dilinə tərcüməsi daxildir.
İxtisas tələbləri və digər şərtlər çərçivəsində mütəxəssislər aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:
- Azərbaycan dili;
- gürcü dili;
- rus dili;
- riyaziyyat;
Mütəxəssislər, həmçinin yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdır. Onlar “Microsoft Office” proqramlarında işləməyi bacarmalıdır. Azərbaycan dili, rus dili və riyaziyyat üzrə ixtisaslı mütəxəssislər gürcü dilini mükəmməl bilməlidirlər.
İşə götürülənlərin vəzifəsi, əməkhaqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2019-cu il mart ayının 15-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur.