ELM VƏ TƏHSİL


DİM həftə ərzində keçirilmiş beynəlxalq professional imtahanlara dair statistikanı açıqlayıb

Bakı, 27 noyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) həftə ərzində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan, informasiya texnologiyaları və rəqəmsal marketinq sahələrinə aid beynəlxalq imtahanlar təşkil olunub.

DİM-dən AZƏRTAC-a bildirilib ki, ümumilikdə imtahanlarda 5 nəfər iştirak edib. Keçirilmiş imtahanların siyahısı Mərkəzin saytında yerləşdirilib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

DİM-də keçirilən müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı:

“Pearson VUE”nun 100-dən çox professional imtahanı - hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri (səhər növbəsi: 08:30–13:30, günorta növbəsi: 14:00-17:00)

“Pearson Test of English Academic” - hər həftənin çərşənbə axşamı (14:00-17:00)

İmtahanlara qeydiyyat və digər məsələlərlə bağlı daha ətraflı məlumatı Mərkəzin saytında əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.