ELM VƏ TƏHSİL


DİM-in “Abituriyent” jurnalının xüsusi buraxılışı Naxçıvan məktəblərinə hədiyyə edilib

Bakı, 12 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) Naxçıvan MR regional bölməsinin və Naxçıvan MR Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil müəssisələrinin şagirdlərinin qəbul imtahanlarına hazırlaşmalarına kömək məqsədilə “Abituriyent” jurnalının xüsusi buraxılışını hədiyyə edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikasının bütün şəhər və rayonlarının ümumtəhsil müəssisələrini əhatə etməklə 213 məktəbə ümumilikdə 300 jurnal hədiyyə edilib. Bu vəsaitlərdən məktəblilər, qəbul imtahanına hazırlaşan abituriyentlər, eləcə də müəllimlər faydalana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.