ELM VƏ TƏHSİL


DİM-in Direktorlar Şurasının sədri: Müsabiqə zamanı üstünlük yalnız imtahan nəticəsinə verilir

Bakı, 16 avqust, AZƏRTAC

İxtisas seçimi zamanı 15 kodu, yəni ixtisası ərizəyə daxil etmək imkanı verilir. Kimsə 1, kimsə 5, kimsə də bütün yerləri yaza bilər.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçiminin başlanmasl ilə əlaqədar keçirdiyi mətbuat konfransında söyləyib.

M.Abbaszadə deyib: “Əsas odur ki, bu ardıcıllıq istəyin azalması istiqamətində olsun. Yəni abituriyent ən çox istədiyi ixtisası birinci yerdə yazmalıdır. Abituriyent istəmədiyi ixtisası ilk yerlərdə yazarsa və həmin ixtisasa qəbul olarsa, müsabiqədən sonra balının daha çox istədiyi, amma daha aşağı yerlərdə yazdığı ixtisasa çatdığını görəndə artıq gec olacaq. Amma nəzərə alınmalıdır ki, müsabiqə zamanı üstünlük yalnız imtahan nəticəsinə verilir, yəni müsabiqə zamanı daha yuxarı bal toplayan abituriyent hər hansı ixtisası sonuncu yerdə yazsa belə o, həmin ixtisası birinci yerdə yazan, lakin daha aşağı bal toplayan abituriyentdən üstün olur”.

Bu gündən başlanan ixtisas seçimi avqustun 28-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.