ELM VƏ TƏHSİL


DİM-in “Facebook” səhifəsində abituriyentlərin imtahana psixoloji hazırlığı mövzusunda canlı yayım aparılır

Bakı, 10 may, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 12-də və 19-da I, II, III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahanlarda on minlərlə abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərin bilik və bacarıqları ilə yanaşı, onların psixoloji cəhətdən imtahana hazırlığı da önəmli məsələlərdəndir.

Qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyəcan və narahatlığın aradan qaldırılması və idarəolunması mühüm əhəmiyyət kəsb edir.

Mayın 10-da saat 15:00-dən DİM-in “Facebook” səhifəsi vasitəsilə abituriyentlərin imtahana psixoloji hazırlığı mövzusunda canlı yayım başlanıb. Canlı yayımda abituriyentlərə tövsiyələr verilir.

Mövzu ilə bağlı suallar “Facebook”da müvafiq postun altına yazıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.