ELM VƏ TƏHSİL
DİM-in Naxçıvan regional bölməsi seminar-məşğələlərə yekun vurub
Bakı, 18 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Naxçıvan regional bölməsi imtahanlara zal nəzarətçisi kimi cəlb ediləcək nəzarətçilərlə keçirilən seminarlara yekun vurub.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, seminarlar qrafik üzrə yanvarın 10–dan 17–dək davam edib. Muxtar respublikanın bütün şəhər və rayonlarında keçirilən seminarlarda Naxçıvan şəhəri üzrə 59, Şərur rayonu üzrə 40, Babək rayonu üzrə 37, Ordubad rayonu üzrə 22, Culfa rayonu üzrə 21, Şahbuz rayonu üzrə 9, Kəngərli rayonu üzrə 11, Sədərək rayonu üzrə isə 9 nəzarətçi iştirak edib. Muxtar respublika üzrə 3 nəfər üzrlü səbəbdən iştirak etməyib.
Seminarlar DİM–in Naxçıvan regional bölməsinin əməkdaşları tərəfindən keçirilib. Nəzarətçilərə imtahan qaydaları izah olunub, rast gəlinən hallar təhlil edilib. Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə əyani vəsaitlərdən istifadə edilib, imtahan texnologiyasına aid film göstərilib. Seminarlarda nəzarətçi-müəllimlərin sualları cavablandırılıb, şəxsi anket məlumatları dəqiqləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]