ELM VƏ TƏHSİL


DİM-in müxtəlif nəşrlərinin regionda yerləşən məktəblərə hədiyyə olunması davam edir

Bakı, 10 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) müxtəlif nəşrlərinin regionda yerləşən məktəblərə hədiyyə olunması davam edir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Şirvan regional bölməsinin əməkdaşları tərəfindən DİM-in hədiyyə etdiyi Azərbaycan bölməsi üçün 35 adda 610 ədəd test vəsaiti Hacıqabul və Sabirabad rayonlarında məskunlaşan Cəbrayıl rayonu 7, 11, 12 və Füzuli rayonunun 31 və 32 nömrəli məcburi köçkün məktəblərində təhsil alan şagirdlərə verilib.

Bundan əlavə, regionun digər rayonları İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala və Hacıqabulun ucqar kənd məktəblərinə də hər iki bölmə üzrə 58 adda 1805 ədəd kitab və ümumilikdə 370 ədəd “Abituriyent” jurnalının xüsusi buraxılışı hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.