ELM VƏ TƏHSİL


DİM-in sektor müdiri: Dünən və bu gün keçirilən imtahanlarda 9 nəfərdə mobil telefon aşkarlanıb

Bakı, 7 iyul, AZƏRTAC

İmtahanların təşkili və idarəedilməsi kifayət qədər mürəkkəb prosesdir. İyulun 6-da və 7-də 12 şəhər və rayonda imtahanlar keçirildi. Bu imtahanlarda 32 min 368 abituriyentin iştirakı nəzərdə tutulurdu.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Təşkilati işlər, təhlükəsizlik və koordinasiya sektorunun müdiri Məhəmməd Məmmədov III və II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqlarının geniş izahı ilə bağlı keçirilən canlı yayımda söyləyib. O bildirib ki, imtahanların təşkilinə təkcə DİM-in deyil, digər qurumların da əməkdaşları cəlb edilib. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 137 imtahan binası ayrılıb. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Təəssüf ki, bəzi abituriyentlər buraxılış vərəqində göstərilmiş vaxtda imtahan binasına gəlmirlər. Bu, buraxılış rejiminin işini gərginləşdirir.

DİM-in sektor müdiri diqqətə çatdırıb ki, dünən və bu gün keçirilən imtahanlarda 9 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan xaric olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.