ELM VƏ TƏHSİL


DİM-in təmsilçisi Astanada “Azərbaycanda dövlət idarəçiliyində müasir trendlər” mövzusunda təqdimat edib

Bakı, 9 oktyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov Qazaxıstanın paytaxtı Astana şəhərində “Dövlət idarəçiliyi üzrə postsovet Avrasiyasında müasir trendlər” mövzusunda konfransda iştirak edib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, tədbir Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xab və Nazarbayev Universiteti Dövlət İdarəçiliyi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.

Konfransın təşkilində məqsəd tədbir iştirakçılarına dövlət idarəçiliyi sahəsində aparılmış araşdırmaların nəticələrini təqdim etmək imkanını yaratmaq, postsovet Avrasiyasında dövlət idarəçiliyi ilə bağlı praktiki yanaşmaları nümayiş etdirmək, eyni zamanda, tədbirdə iştirak edən təcrübəçilərlə Regional Xaba üzv ölkələrin akademik işçiləri arasında əməkdaşlığın genişləndirilməsindən ibarət olub.

Konfrans 12 paneldə təşkil edilib. Panellərdə dövlət idarəçiliyi, dövlət iqtisadiyyatı, regionda dövlət qulluğu sistemindəki islahatlar, siyasət, vətəndaş cəmiyyəti, fəaliyyətin qiymətləndirilməsi və enerji məsələləri mövzuları müzakirə edilib.

Tədbirdə Bəhram Xəlilovun “Azərbaycanda dövlət idarəçiliyində müasir trendlər” mövzusunda təqdimatı dinlənilib, mövzu ilə bağlı suallar cavablandırılıb. Direktorlar Şurası sədrinin müavininə əməkdaşlığın genişləndirilməsində göstərdiyi dəstəyə görə sertifikat təqdim edilib.

Qeyd edək ki, Regional Xabın fəaliyyətinin əsas məqsədi dövlət qulluğu sahəsində region ölkələri arasında beynəlxalq təşkilatların iştirakı ilə fasiləsiz bilik və təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutan institusional şəbəkənin formalaşdırılmasıdır.

Hazırda Regional Xabın Amerika, Avropa İttifaqı, MDB, Qafqaz və ASEAN ölkələri daxil olmaqla 40 üzvü var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.