ELM VƏ TƏHSİL


DİM ingilis dili üzrə mütəxəssisləri onlayn tədbirə dəvət edir

Bakı, 10 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 25-də “Zoom” platforması üzərindən “Cambridge Assessment English” təşkilatı ilə birgə “Prove Your Teaching Knowledge with TKT” adlı məlumat sessiyası keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, TKT ingilis dili müəllimləri üçün beynəlxalq səviyyədə tanınan müəllimlik kvalifikasiyasıdır. Pedaqoji təcrübəsindən asılı olmayaraq bütün müəllimlər bu imtahanı verə, peşəkar bilik və bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirə və təsdiq edə bilər.

Onlayn sessiyanın məruzəçisi “Cambridge Assessment English”in Ukrayna, Qafqaz və Mərkəzi Asiya regionları üzrə biznesin inkişafı departamentinin rəhbəri Darina Sizukdur. O, TKT imtahanı barədə ətraflı məlumat verib iştirakçıların suallarını cavablandıracaq.

Tədbir ingilis dilində keçiriləcək. Vebinarda iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki iyunun 22-dək aktiv olacaq.

Xatırladaq ki, DİM 2020-ci ilin iyul ayından etibarən ölkədə “Cambridge”in rəsmi test mərkəzlərindən biri kimi fəaliyyət göstərmək hüququ əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.