ELM VƏ TƏHSİL


DİM: müsahibələrdə iştirak etmək üçün 57 namizəd qeydiyyatdan keçib

Bakı, 6 noyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin 2018-ci il oktyabrın 1-də elan etdiyi ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, elan üzrə 5 dövlət orqanında mövcud olan 85 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Ümumilikdə 57 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Bakı Şəhəri Statistika İdarəsində əhali statistikası sektorunda baş məsləhətçi (1 vakant yer üzrə 6 namizəd), Salyan Rayon Statistika İdarəsi rəhbərinin müavini (1 vakant yer üzrə 3 namizəd), Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətində texniki nəzarətin təşkili sektorunun müdiri (1 vakant yer üzrə 3 namizəd) vəzifələri olub.

Müsahibələrin 2018-ci il noyabrın 12-dən 20-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur.

Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.