ELM VƏ TƏHSİL


DİM müxtəlif nəşrlərini məcburi köçkün və cəbhə xəttində yerləşən kənd məktəblərinə hədiyyə edir

Bakı, 15 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) müxtəlif nəşrlərinin məcburi köçkün və cəbhə xəttində yerləşən kənd məktəblərinin kitabxanalarına hədiyyə olunması davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzin Bərdə regional bölməsi tərəfindən Ağdam, Kəlbəcər, Laçın, Füzuli, Tərtər, Şuşa, Xocavənd rayonlarından olan məcburi köçkün məktəblərinin, həmçinin Ağdam, Füzuli, Tərtər rayonlarının cəbhə xəttində yerləşən kənd məktəblərinin kitabxanalarına “Abituriyent” jurnalı redaksiyasının nəşr etdirdiyi yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqları, test topluları, eləcə də “Abituriyent” jurnalının xüsusi buraxılışları hədiyyə edilib .

Qeyd olunan şəhər və rayonlarda yerləşən 50 ümumtəhsil müəssisəsinə ümumilikdə 30 adda 1600 ədəd kitab və 250 ədəd “Abituriyent” jurnalı hədiyyə olunub.

Bu vəsaitlərdən şagirdlər, qəbul imtahanına hazırlaşan abituriyentlər, eləcə də müəllimlər faydalana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.