ELM VƏ TƏHSİL


DİM rəsmisi: Mobil telefon aşkarlanmış abituriyentlərin ikinci dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacaq

Bakı, 22 may, AZƏRTAC

Abituriyentlər imtahana gələrkən onların sənədləri tam qaydasında olmalıdır. İmtahan binasına qadağan edilmiş əşyalar gətirməməyi tövsiyə edirik. İmtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda yaxınlaşmaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bunu DİM-in təşkil etdiyi canlı yayımda Metodiki təminat və təlimlər şöbəsinin müdiri Adıgözəl Həbibov səsləndirib. O qeyd edib ki, iki gün ərzində 13 abituriyentdə mobil telefon aşkarlanıb. Onların ikinci dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacaq.

Canlı yayımda həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat verilib.

Xatırladaq ki, mayın 21-də III ixtisas qrupu, mayın 22-də II ixtisas qrupu üzrə qəbul, eləcə də III ixtisas qrupunda DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənnindən imtahanlar keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.