ELM VƏ TƏHSİL


DİM rezidenturaya qəbul imtahanının nəticələri ilə əlaqədar statistik məlumatı təqdim edir

Bakı, 17 iyul, AZƏRTAC

Rezidenturaya qəbul olmaq üçün müsabiqədə iştirak etmək hüququ qazanmış namizədlər məlumdur.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək hüququ qazanmış namizədlərin qarşısında ixtisas seçimi aparmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək (rəsmiləşdirmək) vəzifəsi durur. Bu məqamda düzgün qərar qəbul etmək, öz istəyi ilə yanaşı, mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 22‑dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.

İstiqamətlər və ballar üzrə histoqramlarla DİM-in saytında tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.