ELM VƏ TƏHSİL


DİM sentyabrın 10-da keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da keçirilmiş 9-cu sinif buraxılış imtahanları və 9-11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:

9-cu sinif buraxılış imtahanı;

Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanı.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, 9-cu sinif buraxılış imtahanlarında 18 min 307 nəfərin iştirakı nəzərdə tutulurdu. Onlardan 1602 nəfər imtahana gəlməyib, 5 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Azərbaycan dili imtahanlarında isə 769 nəfərin iştirakı nəzərdə tutulurdu. Onlardan 276 nəfər imtahana gəlməyib.

11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.