ELM VƏ TƏHSİL
DİM tərəfindən “İnsan resurslarının idarə edilməsi” mövzusunda növbəti təlimlər təşkil olunub
Bakı, 5 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsi” mövzusunda onlayn təlimlər keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlim zamanı kadrlarda quruma bağlılıq hissinin formalaşdırılması, münaqişə situasiyaları və onların yaranma səbəbləri, münaqişələrin həlli yolları, iş yerlərində stresin idarə olunması, xidməti fəaliyyətin qiymətləndirilməsi, qiymətləndirmənin üstün cəhətləri və vacibliyi, qiymətləndirmə meyarları, “360 dərəcə qiymətləndirmə” metodu və s. məsələlər barədə iştirakçılara məlumat verilib və müzakirələr aparılıb.
Təlimin növbəti mərhələsi fevralın 8-də təşkil olunacaq.
Təlimlər “İnsan resurslarının idarə edilməsi”, “Əmək qanunvericiliyinin tətbiqi”, “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri” mövzuları üzrə mart ayının əvvəlinədək davam edəcək.