ELM VƏ TƏHSİL


DİM tərəfindən növbəti imtahanlar keçirilir

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, aprel-may aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu gün, həmçinin eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı təşkil edilib.

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi (birinci cəhd), dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı, “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı da keçirilir.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə imtahanlar 15 şəhər və rayonda təşkil olunur. İmtahanlarda 14112 nəfərin iştirakı nəzərdə tutulur.

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) Bakı və Naxçıvan şəhərlərində keçirilir. İmtahanda 1279 namizədin iştirakı gözlənilir.

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı DİM-in binasında kompüterlər vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün 93 namizəd qeydiyyatdan keçib.

“SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı Bakı şəhərində təşkil olunub. İmtahanda 2397 tələbənin iştirakı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.