İDMAN
DİNARA GİMATOVA QRAN-PRİ YARIŞLARINDA 7-Cİ YERİ TUTMUŞDUR
Azərbaycan idmançısı Dinara Gimatova Hollandiyanın Deventer şəhərində bədii gimnastika üzrə Qran-pri uğrunda turnirdə ümumi hesabda 7-ci yeri tutmuşdur. Turnirdə 18 ölkədən 28 gimnast yarışmışdır.
Milli Bədii Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Dinara bütün növlərdə əla çıxış etmiş, lakin həlqə ilə hərəkətlərdəki səhvi ona mükafat qazanmağa imkan verməmişdir. Məşqçisinin sözlərinə görə, topla hərəkətlərdə bürünc medal qazanmaq üçün Gimatovanın bir neçə balı çatmamışdır, nəticədə o, dördüncü yerlə kifayətlənmişdir.
Gimnastımız sentyabrın 5-də İspaniyanın Saraqosa şəhərində başlanacaq Dünya kuboku uğrunda mərhələ turnirində çıxış edəcəkdir.