CƏMİYYƏT


DİN: Əcnəbi vətəndaşın pulunu və mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs tutulub

Bakı, 19 iyun, AZƏRTAC

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə iyunun 18-də rayon ərazisindəki hostellərin birindən orada müvəqqəti yaşayan əcnəbi vətəndaşın içərisində 100 manat, 50 avro məbləğində pul, 3 bank kartı olan pulqabısının, 2 mobil telefonunun və qulaqcığının oğurlanması barədə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini E.Cambazov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.