CƏMİYYƏT


DİN: Ağdaş rayonunda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olan şəhər sakini Ş.Rəsulovun yaşadığı evi tərk etməsini müəyyənləşdiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb və o, sağlamlıq vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.