CƏMİYYƏT


DİN: Bakının mərkəzində razılaşdırılmamış aksiya zamanı saxlanılanlar arasında qadın və azyaşlı yoxdur

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də Bakı şəhərinin mərkəzində keçirilən razılaşdırılmamış aksiyada saxlanılanlar arasında qadın və azyaşlı yoxdur.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, saxlanılan şəxslərin bir qisminə xəbərdarlıq edilib və onlar sərbəst buraxılıb, digərləri barəsində araşdırmalar davam etdirilir.

Tofiq Yaqubluya polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı iddialara cavab olaraq şöbə rəisi əlavə edib ki, onun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır. Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qayda da araşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.