CƏMİYYƏT
DİN: Gün ərzində törədilmiş 45 cinayətin üstü “isti izlər”lə açılıb
Bakı, 21 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) aprelin 20-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 45 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyənləşdirib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]