CƏMİYYƏT
DİN: Həftəsonu 111 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 11-də Bakı şəhərində və respublikanın digər ərazilərində 63 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqlər 57 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib, 1 nəfər barəsində materiallar baxılması üçün məhkəməyə göndərilib.
COVID-19 pasportu olmadığına görə 111 nəfər toy şənliklərinə buraxılmayıb.