DİN: İstirahət günləri yol-nəqliyyat qəzalarında 5 nəfər ölüb
AzerTAg.az

Bakı, 13 mart, AZƏRTAC
Martın 11-də və 12-də ölkə ərazisində qeydə alınan 121, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 64, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 100 nəfər saxlanılıb.
Xəbərin mətnində orfoqrafik səhv var