CƏMİYYƏT


DİN: Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bakı, 27 noyabr, AZƏRTAC

Ötən gün polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və bu qurumun Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Həziyevdən 2 kiloqram 450 qram tiryək və 4 qramdan artıq heroin götürülüb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şamaxı rayon sakini Xalis Hüseynovdan 2 kiloqram 775 qram marixuana aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.