CƏMİYYƏT
DİN Lerikdə üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb
Bakı, 3 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Lerik rayonunda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 2-də saat 8 radələrində Lerik rayonunun Bürsülüm kəndi ərazisində Ləkər kənd sakini Habil Əzimovun idarə etdiyi “UAZ” markalı avtomobil dərəyə aşıb. Nəticədə sürücü, sərnişinlərindən Təyyar Əliyev və Elnarə İbrahimova hadisə yerində ölüb, xəsarət almış digər 2 sərnişin xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]