CƏMİYYƏT


DİN: Metroda polis əməkdaşlarına müqavimət göstərən 5 nəfər barəsində cinayət işi başlanıb

Bakı, 3 iyun, AZƏRTAC 

Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov və Taleh Baxşıyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.