CƏMİYYƏT


DİN Nardaran qəsəbəsində şəhidin dəfni zamanı yaranmış insidentlə bağlı rəsmi açıqlama verib

Bakı, 26 aprel, AZƏRTAC

Ötən gün Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanaraq 6 aydır hospitalda müalicə alan Nardaran qəsəbə sakini Hüseyn Xəlilov şəhid olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu səhər Nardaran şəhidinin dəfnində polislə yerli kənd sakinləri arasında xoşagəlməz hadisə yaşanıb. Sakinlərin iddiasına görə, şəhidin dəfnində iştirak etmək istəyən sakinlərdən həbs edilənlər var.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, digər şəhidlərimiz kimi H.Xəlilovun da dəfn mərasimi ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilib: “Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb ağır yaralanan qazimiz Hüseyn Xəlilov həkimlərin səyinə baxmayaraq, dünən şəhidlik zirvəsinə ucalıb. Dəfndə yalnız şəhidin yaxın qohumları iştirak edib. Buna baxmayaraq, bir qrup insanın da dəfnə qatılmağa cəhd etməsi xüsusi karantin qaydalarına zidd olub.

Buna görə də polis həmin şəxsləri saxlayıb. Onlarla izahedici söhbətlər aparılıb və hamısına xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Dəfndə saxlanılan və ya həbs edilən olmayıb. Eyni zamanda, heç bir insident və qarşıdurma halı qeydə alınmayıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.