CƏMİYYƏT


DİN: Ötən gün 103 toy şənliyinin monitorinqi aparılıb

Bakı, 19 yanvar, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri yanvarın 18-də Bakıda və respublikanın digər ərazisində 103 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqlər 99 şadlıq sarayında və 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. COVID-19 pasportu olmadığına görə 37 nəfər şənliklərə buraxılmayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.