CƏMİYYƏT


DİN: Ötən gün 35 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün 35 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Bakı, 17 yanvar, AZƏRTAC

Polis əməkdaşlarının yanvarın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12,2 kiloqrama yaxın heroin, 17,6 kiloqrama yaxın marixuana, 5,2 kiloqram həşiş qətranı, 21 qram tiryək, həmçinin 1,5 kiloqrama yaxın metamfetamin və 450 ədəd yüksək təsiredici xassəyə malik psixotrop maddə olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.