CƏMİYYƏT
DİN: Ötən gün daxili işlər orqanlarının əməkdaşları ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün açılmasını təmin edib
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 28-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-sının açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarılan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə dörd nəfər ölüb, üç nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.