CƏMİYYƏT
DİN: Ötən gün ərzində törədilən 41 cinayətin üstü “isti izlər”lə açılıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 23-də qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 41 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 48 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.