SİYASƏT


DİN PƏRDƏSİ ARXASINDA POZUCULUQLA MƏŞĞUL OLANLARA QARŞI MÜBARİZƏDƏ HAMI FƏAL OLMALIDIR

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun “Gənclər” bölməsi Azərbaycan Respulikası Dini Araşdırmalar Mərkəzi ilə birlikdə “Pozucu dini sektalar Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə təhlükədir” mövzusunda “dəyirmi masa” keçirmişdir.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin də iştirak etdikləri tədbirdə çıxış edənlər ölkəmizdə dini azadlığın qorunmasında dövlətin həyata keçirdiyi tədbirlərdən, respublikamızın müstəqilliyinə qarşı bəzi xarici qüvvələrin təsiri altındakı dini cərəyanların pozuculuq işlərindən danışmışlar.Təəssüf hissi ilə qeyd olunmuşdur ki, bəzi qeyri-ənənəvi təriqət və sektalar cəmiyyət üçün təhlükə mənbəyinə çevrilmişlər.

Müzakirələrdə bildirilmişdir ki, qeyri-ənənəvi dini təriqət və sektaların fəaliyyəti inkişaf etmiş dövlətlərin əksəriyyətində qadağan olunmuşdur. Beynəlxalq qurumların dini fəaliyyətlə bağlı sənədlərində də belə təriqət və sektalara qarşı mübarizənin gücləndirilməsi tövsiyə edilir. Ona görə də din pərdəsi arxasında pozucu fəaliyyətlə məşğul olanlara qarşı mübarizədə ictimayyətin də fəallığı vacibdir.

Axırda tədbir iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciət qəbul edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.